Mobil versiya
Adı içki qalmaqalında hallanan səfir danışdı
Tarix: 18-04-2016 | Saat: 16:42
Bölmə:Gündəm | çapa göndər

Adı içki qalmaqalında hallanan səfir danışdı






“Haqqımda yayılan bütün məlumatlar cəfəngiyatdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ans press-ə haqqında çıxan içki və siqaret sifarişi barədə xəbərlərinə münasibət bildirən Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov deyib. Səfir bu barədə geniş danışmaq istəmədiyini, eyni zamanda onun haqqında yayılan məlumatlara geniş olaraq rəsmi münasibətini yaxın vaxtlarda bildirəcəyini söyləyib.

Xatırladaq ki, Avstraliyanın nüfuzlu qəzetlərindən olan “The Age” Azərbaycan səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasiyevin qəribə sifarişləri barədə məqalə dərc edib. Məqalədə bildirilir ki, səfirlik Avstraliya hökumətinə müraciət edərək böyük miqdarda alkoqollu içkinin və siqaretin rüsumsuz gətirilməsinə icazə verilməsini xahiş edib.

Avstraliyanın məşhur qəzeti əldə etdiyi sənədlərə əsasən yazır ki, səfir və səfirliyin mühasibi öz diplomatik statuslarından istifadə edərək hökumətdən 2000 litr pivə, 1100 litr çaxır, 520 litr spirt və 40 000 siqaretin rüsum ödənilmədən ölkəyə gətirilməsinə icazə verilməsini xahiş ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024