Mobil versiya
Deputatla bağlı şok iddia: “Şahlara məxsus malikanə, Yaponiyadan ağ mərmər…” – FOTO
Tarix: 17-04-2016 | Saat: 21:42
Bölmə:Media | çapa göndər

Deputatla bağlı şok iddia: “Şahlara məxsus malikanə, Yaponiyadan ağ mərmər…” – FOTO







Milli Məclisin deputatı, “AVROMED” şirkətinin təsisçisi Cavanşir Feyziyev barədə Qlobal.az-a ilginc informasiya daxil olub. İnformasiyaya görə, Milli Məclisin deputatı Cavanşir Feyziyev Zağulba-Buzovna yolunun kənarında özünə şahlara məxsus malikanə tikdirir. 4 hektarlıq ərazidə inşa edilən malikanədə işlər artıq tamamlanmaq üzrədir. Dənizə gözəl panoraması olan malikanədə müasir üzgüçülük hovuzu, sport zal, futbol meydançasının olduğu deyilir.
Qlobal.az-a daxil olan məlumata görə, deputat mülkün ərazisini aldığı ilkin vaxtlarda ərazi heç də 4 hektar olmayıb. Malikanəyə qonşu olan “nisbətən kasıb” insanlara evləri üçün real bazar qiymətindən ikiqat artıq vəsait ödənilib. Məsələn, məlumatda deyilir ki, deputat qonşuluğunda 90 kvadratmetrlik bir mərtəbəli türk vətəndaşına məxsus evə 250 min manat ödəyərək buldozerə verdirib torpağı həyətinə qatmışdır.
Məlumata görə, mülkün ümumi hasarının tikintisinə və fasadının ağlayına yarım milyona yaxın pul xərclənib. Yüz metrlik giriş məsafəsində mühafizəsi olan malikanənin bütün ərazisi video kamera nəzarəti altındadır.
Qədim Moğol memarlığının Tac-Mahal üslübunda inşa edilən malikanənin fasad hissəsinə ağ mərmərdən istifadə olunub. Məlumata görə, bu mərmərlər qonşu İran, Türkiyədən yox, birbaşa Sakit Okeandan-Yapon dənizindəki adalardan çıxarılan ağ mərmərlərdi.
Deyilənə görə, malikanənin fasad hissəsinin ağ mərmərlər üzlənməyi deputata ikiqat baha başa gəlib. Belə ki, ilk partiyada bütün mərmərlərdə paslı nöqtələr və xəttlər aşkarlanıb. Aşkar olunan deffektlərə görə, bütün mərmərlər geriyə – Yaponiyaya qaytartdırılaraq əvəzinə daha saf və keyfiyyətli mərmərlər gətizdirilib.
Ancaq bundan sonra da deputatın malikanədə bir problemi qalır. Belə ki, malikanənin ərazisindən “Azərenerji”yə məxsus yüksək gərginlikli xətt keçir. Yüksək gərginlikli elektrik xəttinin malikanənin ərazisindən sökülərək yerinin dəyişdirilməsi üçün əvvəllər “Azərenerji” ilə deputat “razılaşma” əldə etsə də sonradan bu “razılaşma” pozulub. Yüksək gərginlikli elektrik xətti hələ də malikanənin ərazisindən keçir. Razılaşmanı hansı tərəfin pozduğu haqda bilği yoxdu.
Qeyd edək ki, Azərbaycanda dərman biznesinin təxminən 90 faizinə deputat Cavanşir Feyziyev nəzarət edir. Təsisçisi olduğu “AVROMED” şirkəti Qafqazın ən böyük dərman deposuna sahibdir. Hələ bir neçə il öncə yerli mətbuatda “AVROMED” şirkətinin Çindən keyfiyyətsiz dərmanları alaraq İran vasitəsilə Azərbaycana gətizdirib, burada isə onu üzərində Almaniyada, Rusiyada istehsal olunduğu yazılan qutulara qoyduraraq baha qiymətə apteklərə paylatdırdığı barədə məlumat getmişdi.
Əlavə edək ki, Cavanşir Feyziyev 1991-1994 -cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir.
1994-1998-ci illərdə müxtəlif beynəlxalq təşkilatlarda çalışmışdır.
1998 – 2002-ci illərdə “Planet Co. Ltd” şirkətinin təsisçisi və direktoru olmuşdur.
Məlumata görə, 2002-ci ilin oktyabr ayından hal-hazıradək “Avromed” şirkətinin və eyni zamanda Şəkidə fəaliyyət göstərən “Tour-İnvest” şirkətinin təsisçisidir. (Qlobal.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024