Mobil versiya
Azərbaycanlı aktyor aclıq aksiyası keçirir
Tarix: 14-07-2015 | Saat: 11:34
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Azərbaycanlı aktyor aclıq aksiyası keçirir


Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Hökumət Evinin qarşısında aclıq aksiyası etməyə başlayıb.

Səbəbsə həqiqətən çox maraqlıdır.
Aia.az -ın anspress.com-a istinadən verdiyi məlumata görə, aktyor uzun müddət sərf edərək hazırlaşdığı tamaşanın səhnəyə qoyulmayacağından agah olub və direktordan bunun səbəblərini öyrənməyə çalışıb. Aldığı cavab isə onu bu yola sövq edib.

“Mənim balalarım var, özümə qəsd etmədim. 4 gündü mən götür-qoy etdim və qərar aldım ki, həbsə düşməkdənsə ac və əqidəli ölmək daha üstündür. Və bu addımı atdım”, - deyə aclıq edən aktyor Rasəf Mehdiyev bildirib.

Atdığı addıma onu teatrın direktorunun təhrik etdiyini deyən Rasəf Mehdiyev 11 ildir ki, Şuşa Dram Teatrında aktyor kimi çalışır. Teatr mövsümünün sonu üçün hazırladıqları Cəfər Cabbarlını “Solğun çiçəklər” tamaşasının nə üçün qəbul olunmadığını teatrın direktoru Yadigar Muradovdan soruşanda aldığı "sən kimsən, biz belə istəyirik" cavabı onun heysiyyatına toxunub.

Deyir ki, buna qədər də bir neçə dəfə bu cür söz haqqı vermədən kobud davranan mədəniyyət ocağının rəhbərinə qarşı güc tətbiq edə bilməzdi: "Buna tərbiyəm yol verməzdi. Ona görə də Hökumət Evinin qarşısında aclıq aksiyası keçirmək qərarına gəldim".

“Dedim ki, ola bilər nazirliyə müracət edərəm, məni qəbul etməzlər. Ona görə də bu addımı atdım. Kaş başqa cür olardı. Kaş siz məni “Solğun çiçəklər”i oynayanda çəkərdiniz”, - deyə Rasəf Mehdiyev vurğulayıb.

İlk iri tamaşasını qoymağa hazırlaşan rejissor Lalə Şirinova tutulan iradların haqlı olduğunu bildirir və yeni mövsümdə səhvlər üzərində işləyib əsərini tamaşaçılarına təqdim etməyi planlaşdırır:

“Mən sadəcə onun bu tamaşada necə həvəslə oynamaq istəməsini demək istərdim. Özü də o, baş Bəhram rolunda idi. Rolunun da öhdəsindən əla gəlirdi. Buna başqa don geydirmək lazım deyil”.

30 ilə yaxındır Şuşa Dövlət Musiqili Dram Teatrına rəhbərlik edən əməkdar artist Yadigar Muradov aralarındakı mübahisənin teatrın nüfuzunu qorumaqdan irəli gəldiyini deyir. O, teatrın çəkisi üçün bu tamaşanın zəif olduğunu və bu səbəbdən də aktyorla anlaşılmazlıq yarandığını söyləyir.

“O aktyorun böyüklüyüdür ki, oynamaq istəyir ki, oynasın. Amma aclığı alqışlamıram. O, da sağ olsun ki, məni saydı və gəldik, dedim ki, bizə yaraşmaz”, – deyə Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov qeyd edib.

Hazırda Dərnəgül qəsəbəsindəki restoranlardan birinin zalında məşq edən kollektiv məzuniyyətə çıxmağa hazırlaşır.

Ümid edirik ki, yeni teatr mövsümünün açılışında Rasifin “Solğun çiçəklər”i onun sənət aclığından boy qaldıracaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024