Mobil versiya
Rusiya ilə Amerika arasında yeni qırıcı qalmaqalı
Tarix: 17-04-2016 | Saat: 10:06
Bölmə:Şou-biznes | çapa göndər

Rusiya ilə Amerika arasında yeni qırıcı qalmaqalı






Rusiyaya məxsus "Su-27" qırıcısı təyyarəsi Baltika dənizi akvatoriyasının səmasında ABŞ-ın Hərbi Hava Qüvvələrlərinə məxsus RC-135 kəşfiyyatçı təyyarəsini yaxalayıb.

Report-un məlumatına görə, bu haqda "CNN" telekanalı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Su-27 təxminən RC-135-i hətta 15 metr məsafəyə qədər təqib edib. Telekanal əlavə edir ki, ABŞ-ın Avropadakı silahlı qüvvələri komandanlığının nümayəndəsi Denni Ernandesi Amerika təyyarəsinin neytral suların üzərində uçduğunu, Rusiyanın hava məkanına daxil olmadığını iddia edib.
"Bir pilotun təhlükəli və qeyri-peşəkar hərəkətləri ölkələr arasında gərginliyin lazımsız eskalasiyasına gətirib çıxara bilər", - deyə televiziya şirkəti Ernandesin iddiasından sitat gətirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024