Mobil versiya
Audi A3 dəyişdi - FOTO
Tarix: 16-04-2016 | Saat: 21:27
Bölmə:Media | çapa göndər

Audi A3 dəyişdi - FOTO






"Audi" şirkəti "A3" modelinin təkmilləşdirilmiş versiyasını təqdim edib. Avropada avtomobili həm sedan, həm də hetçbək banında əldə etmək olar. Alman brendinin mətbuat xidmətinin məlumatına görə, avtomobil Avropa bazarına may ayında çıxarılacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, xarici görünüşdə çox az dəyişiklik edilib. Modernləşdirilmiş model fərqli bamperlərə, radiator barmaqlığına, yeni optikaya və qaz buraxma sisteminə malikdir. Salonda yeni oturacaqlar, "Android Auto" və "Apple CarPlay" dəstəkləyən yeni informasiya-əyləncə sistemi quraşdırılıb.

Restaylinq edilmiş "A3" tıxaclarda hərəkətə kömək edən sistemə malikdir ki, bu sistem 65 km/saat sürətdə avtomobili özü idarə edə bilir. Bundan başqa, əlavə ödəniş etməklə hərəkət zolağından kənara çıxmamaq üçün sistem də sifariş etmək olar.

Modelin baza versiyası 3-silindrli 1,0-litrlik benzin TFSI mühərriki ilə təchiz edilib. Mühərrik 115 a.g.-ə malikdir. 1,4-litrlik TFSI mühərriki də əldə etmək olar ki, o, 150 a.g.-ə malikdir. Təkmilləşdirilmiş "A3"-ün mühərrik qammasına 2,0-litrlik, 190 a.g. olan benzin mühərrik daxildir. Yeniliyin ən güclü versiyası olan "S3" modernləşdirilmiş 2,0-litrlik benzin mühərrik alıb ki, o, 310 a.g.-ə malikdir.

Dizel qammasına 110 a.g. olan 1,6-litrlik, o cümlədən müvafiq olaraq 150 və 184 a.g. verən iki variantda 2,0-litrlik TDI mühərrikləri daxildir. "A3 Sportback" modifikasiyasını hibrid güc qurğusu ilə əldə etmək olar. O, 1,4-litrlik mühərrikdən, elektrik motorundan və 8,8 kVt-lıq tökmə-ionlu akkumulyatordan ibarətdir. Aqreqatın ümumi gücü 204 a.g.-dür.

Bundan əlavə, "A3 Sportback g-tron" 110 a.g.-lü iki növ yanacaqla işləyən mühərrik də ala bilər. O, həm benzin, həm də metan qazı ilə işləyəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə