Mobil versiya
Bu ərazidə yol hərəkəti dəyişdirildi
Tarix: 16-04-2016 | Saat: 12:30
Bölmə:Karusel | çapa göndər

Bu ərazidə yol hərəkəti dəyişdirildi





Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.



Onun sözlərinə görə, "Bakı Ağ Şəhər" Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi işləri aparılır:

"Bununla əlaqədar həmin ərazidə, Neftçilər prospektindən Nobel prospekti istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri Neftçilər prospekti ilə Nobel prospektinin kəsişməsində yerləşən "ASAN xidmət" mərkəzinin inzibati binasının qarşısından, yeni Dənizkənarı avtomobil yolundan istifadə edərək Nobel prospekti boyunca hərəkətlərinə davam edə bilirlər. Əks istiqamətdə, yəni Nobel prospektindən mərkəzə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün müvəqqəti olaraq Xəqani Rüstəmov küçəsi ilə kəsişmədə mövcud yola paralel olaraq yeni yol hissəsi salınıb. Avtonəqliyyat vasitələri həmin yeni yol hissəsindən istifadə edərək hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirirlər".



Bölmə rəisi qeyd edib ki, Nobel prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən tikinti işlərinin aparıldığı müddət ərzində öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyə olunur: "Bu məqsədlə ərazidə müvafiq yol nişanları qoyulub. Sürücülər həmin nişanlar üzrə hərəkət etsələr, heç bir problemlə qarşılaşmayacaqlar".



Qeyd edək ki, tikintisi aparılan yeraltı piyada keçidinin 4 çıxışı olacaq. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlərdə 8 ədəd eskalator quraşdırılacaq. Keçidin tikintisi ilə "Bakı Ağ Şəhər"dən vətəndaşların birbaşa Dənizkənarı Bulvar ərazisinə və əksinə rahat, təhlükəsiz keçidi təmin olunacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024