Mobil versiya
``İki ali məktəbin rəhbərliyinə ciddi irad tutulub``
Tarix: 15-04-2016 | Saat: 18:17
Bölmə:Karusel | çapa göndər

``İki ali məktəbin rəhbərliyinə ciddi irad tutulub``





"Elanda təhsil haqqında nə göstərilibsə, qəbul planı təsdiq olunubsa, ödəniş də o pulla aparılmalıdır"

Musavat.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyi elm və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Nərgiz Qaraxanova bildirib.

Onun sözlərinə görə məsələ ilə bağlı iki ali məktəbin rəhbərliyinə irad bildirilib:

"Heç bir təhsil müəssisəsində xarici valyuta ilə təhsil haqqının ödənilməsi məsələsi qeydə alınmayıb. Lakin iki özəl ali təhsil müəssisəsində bu problem yaşanıb. Problemin aradan qaldırılması üçün də lazımi addım atılıb. Təhsil haqqı ilə bağlı elan veriləndə hər yerdə manatla ödənişin etmək lazım olduğu bildirilir. Tələbə müqaviləni imzalayanda ödəniş məsələsinə xüsusi diqqət etməlidir. Bu məsələdə ali məktəbin də günahı var. Bununla əlaqədar həmin iki ali məktəbin rəhbərliyinə ciddi irad bildirilib. Qeyd olunub ki, elanda təhsil haqqında nə göstərilibsə, qəbul planı təsdiq olunubsa, ödəniş də o pulla aparılmalıdır".

Nazirlik rəsmisi onu da vurğuladı ki, hər iki fakt tələbənin xeyrinə həltələbəni.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024