Mobil versiya
Manat “defisit”dir, əmək haqqları nədən gecikir?
Tarix: 15-04-2016 | Saat: 13:42
Bölmə:Karusel | çapa göndər

Manat “defisit”dir, əmək haqqları nədən gecikir?






Neftin qiymətinin dünya bazarında aşağı düşməsi ölkəmizə daxil olan xarici valyutanın həcmini iki dəfə azaltdı. Respublikaya idxal olunan malların həcmi ixrac olunan mallardan kəskin şəkildə fərqləndi. Bununla bərabər, ölkəmiz üçün xarici ticarət dövriyyəsinin həcmindəki aşağı düşmə tempi də baş verdi. Bu amillər də manatın “yüklənməsinə” səbəb olur. Artıq milli valyutamızın təkrar ucuzlaşmamasına təminat verə biləcək neftin 1 barelinin qiyməti dünya bazarlarında 50 dollar və yaxud daha baha qiymətə satılmır. Digər tərəfdən neftin dünya bazarlarında son günlər 1 barelinin 45 dollara qədər yüksəlməsinin müvəqqəti olduğuna dair əsaslandırmalar bir çox beynəlxalq maliyyə təşkilatları tərəfindən irəli sürülür. Bu da müəyyən tədbirlərin Azərbaycan hökuməti tərəfindən həyata keçirilməsini zəruri edir. Çünki, ötən ilin müvafiq dövründə dövriyyədə 15 milyard manatdan artıq pul olubsa, hazırda bu rəqəm 5-6 milyard manatı keçmirsə, bu hardasa müəyyən fikirlərə yol açır. Ola bilsin, məvaciblərin vaxtında verilməsi dövriyyədə olan pulun həcmini artırar ki, bu pulun da böyük həcmi kommersiya strukturlarına yönələr. Bir az sonra dollara olan tələbi artırar, ölkəyə təkrar mal idxal etmək üçün Respublikadan çıxarılar. Onda dollara tələb, həm də xarici valyutanın ölkədən çıxarılması manata təzyiqi ikiqat artırar.

Faktinfo.az saytının analitik qrupu bildirir ki, böyük ehtimalla bu da hökuməti ehtiyatlı davranmağa sövq edir. Demək, heç də məvaciblərin gecikməsi manat çatışmazlığından irəli gəlib təbii amilllə bağlı deyil.

Rüfət Dadaşov

Faktinfo.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024