Mobil versiya
7 erməni əsgərini məhv edən hərbçimiz ölümdən döndü
Tarix: 15-04-2016 | Saat: 13:20
Bölmə:Karusel | çapa göndər

7 erməni əsgərini məhv edən hərbçimiz ölümdən döndü






Aprelin 2-nə keçən gecə Erməni Silahlı Qüvvələrinin cəbhə bölgəsində törətdiyi təxribatlar nəticəsində bölgədə vəziyyət gərginləşib. Düşmən əlində olan starteji əhəmiyyətli Talış yüksəkliyinin ələ keçirilməsində qəhrəmancasına döyüşən və ağır yaralanan əslən Ağstafadan olan Asif Novruz oğlu Rəsulov hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunur.

Bu haqda Modern.az saytına onun yaxın qohumu Bəxtiyar Nuruşov məlumat verib.

O, qeyd edib ki, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən Asif ermənilərin 7 əsgərini məhv edib:

“Ermənilərə qarşı döyüşlərdə 5 güllə yarası alıb. Düşmən silahından açılan güllələr onun ayağına, çiyninə, qoluna və qarnına təmas edib. Həmçinin çox sayda qəlpə yaraları var. Hətta həkimlər bədənində olan qəlpələrdən birini çıxarmamağı qərara alıblar.

Döyüşlərdə 4 nəfər olublar. Döyüş yoldaşlarından 3 nəfər həlak olub, yeganə sağ qalan Asifdir. Həkimlərin səyi nəticəsində həyati təhlükəsi sovuşub, anlaqlı vəziyyətədir. Hazırda vəziyyətini orta, ağır qiymətləndirirlər”.

B.Nuruşovun sözlərinə görə, 1977-ci il təvəllüdlü A.Rəsulov Ağstafa rayonunda doğulub:

“Ailəlidir, 3 və 5-ci siniflərdə oxuyan 2 oğlu var. İşi ilə əlaqədar Nafatalanda kirayədə yaşayırdı”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024