Mobil versiya
Bakı meri nə zaman istefaya göndərilir?
Tarix: 15-04-2016 | Saat: 13:08
Bölmə:Manşet | çapa göndər

Bakı meri nə zaman istefaya göndərilir?




Hacıbala Abutalıbovu Gül Bayramından sonra gül-çiçəklə yola salacaqlar

Hələ xeyli əvvəldən məlumat yayılmışdı ki, hakimiyyət Bakı meri postunda yeni fiqur görmək istəyir. Bu vəzifə üçün can atanların sayı çox olsa da, onların arasında çox az sayda olanı var ki, şanslı hesab edilir.

Politika.Az xəbər verir ki, hakimiyyət əslində, Hacıbala Abutalıbovdan narazı deyil. Onun uzun illərdən bəri paytaxta rəhbərlik etməsi və indiyə qədər iqtidar üçün hər hansı bir «ÇP» yaratmaması təqdir olunur. Lakin Abutalıbov qocalıb və onun yerinə artıq yenisinin gəlməsi şərt olub. Bu səbəbdən də hakimiyyət dairələri ölkənin ən strateji məntəqəsini daha etibarlı birinə həvalə etmək fikrindədir.

Politika.Az-a daxil olan məlumata görə, Bakı merinin kimliyi məsələsində ziddiyyətli namizədlər var. Bu sırada Gəncə meri Elmar Vəliyevin, Sumqayıtın meri Zakir Fərəcovun və Səbayel rayonunun icra başçısı Eldar Əzizovun adları çəkilir. Amma buna qədər Abutalıbovun nə zaman postundan gedəcəyi mühümdür.

Daxil olan məlumatlarda vurğulanır ki, Hacıbala Abutalıbovun vəzifəsindən getməsi artıq qətiləşib. Onun Gül Bayramından sonra istefaya göndəriləcəyi və başqasıyla əvəz ediləcəyi gözlənilir. Etibarlı mənbələrdən Politika.az-a verilən məlumatda vurğulanır ki, məsələdən merin özü də halidir və buna etiraz etmir.

Bundan sonrakı mərhələdə Abutalıbova hər hansı bir vəzifənin verilib, verilməyəcəyi məlum deyil. Bəzi gümanlara görə, Bakı merinə post verilə bilər. Amma bu post heç də idarəetməyə aid olaya da bilər. Ona Elmlər Akademiyasında hansısa bir görəvin verilməsi istisna edilmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024