Mobil versiya
Lənkəranda yeni Olimpiya İdman Kompleksi tikilir
Tarix: 13-07-2015 | Saat: 14:19
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Lənkəranda yeni Olimpiya İdman Kompleksi tikilir

Lənkəranda bu ilin yanvar ayından yeni layihə əsasında inşaasına başlanılan Olimpiya İdman Kompleksi əvvəlkindən genişliyi və xarici görünüşü ilə fərqlənəcək.

AZƏRTAC xəbər verir ki, 5,5 hektar ərazidə inşa edilən yeni Olimpiya İdman Kompleksinin qapalı hissəsində 25 metrlik üzgüçülük hovuzu, voleybol, basketbol meydançaları, 54x30 metr ölçüdə 1600 kvadratmetr sahəsi olan futzal, tennis kortu, boks rinqi, güləş və digər məşq zalları olacaq.

Layihəyə əsasən, kompleksin açıq hissəsində böyük futbol meydançası, futzal, voleybol, basketbol, tennis meydançaları və qaçış zolağı salınacaq. 8 min 288 kvadratmetrlik əsas binada idman zallarından başqa, trenajor zalı, stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşəcək.

Bundan əlavə, qonaqların qalması üçün müasir standartlara cavab verən mehmanxana binasının tikintisi də nəzərdə tutulub.

Yeni Olimpiya İdman Kompleksinin 2016-cı ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024