Mobil versiya
İHA agentliyindən Fuad Abbasovla bağlı - Açıqlama
Tarix: 13-04-2016 | Saat: 13:41
Bölmə:Aia TV | çapa göndər

İHA agentliyindən Fuad Abbasovla bağlı - Açıqlama







Qarabağda baş verən son hadisələrlə bağlı Rusiya televiziyalarında Azərbaycanın mövqeyini müdafiə edən jurnalist Fuad Abbasovun Moskvadan gələn göstərişlə işdən çıxarılması ilə bağlı açıqlamasına İHA agentliyi münasibət bildirib.

Agentliyin Xarici xəbərlər departamentinin müdiri Muammer Serhen “Qafqazinfo”ya açıqlamasında F.Abbasovun dediklərinin həqiqəti əks etdirmədiyini bildirib:

“Bu, doğru deyil. Onunla agentlik arasında anlaşma ləğv edildi. Bizim üçün görüntü önəmlidir. Lakin Fuad Abbasov bizi görüntü ilə təmin edə bilmirdi. Onun Rusiya televiziyalarında çıxışlarından məmnun idik. Həm Türkiyəni, həm də Azərbaycanı, xüsusən də Dağlıq Qarabağ mövzusunda müdafiə edən gözəl çıxışları olub. Lakin işdən çıxarılmasına səbəb video görüntü əksikliyi olub”.

Xatırladaq ki, Fuad Abbasov sosial şəbəkə hesabında işdən çıxarılması ilə bağlı açıqlama vermişdi. Jurnalist bildirmişdi ki, agentlikdən ona göndərilən məktubda səbəb kimi Moskvada işlərin yaxşı getməməsi göstərilib. Lakin jurnalist Moskvadan gələn tələblə işinə xitam verildiyinə dair məlumat əldə etdiyini vurğulayıb.

Qeyd edək ki, Fuad Abbasov həmin agentlikdə 1997- ci ildən bəri çalışıb. Son 6 ildə isə agentliyin Moskva təmsilçisi kimi fəaliyyət göstərib. Maraqlıdır, agentlik nədən fəaliyyətindən narazı qaldığı əməkdaşını 6 il sonra işdən çıxarmaq qərarına gəlir?



Mənbə: Qafqazinfo.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə