Mobil versiya
Jurnalist Fuad Abbasov işdən çıxarıldı – Moskvanın sifarişi?
Tarix: 13-04-2016 | Saat: 13:13
Bölmə:Media | çapa göndər

Jurnalist Fuad Abbasov işdən çıxarıldı – Moskvanın sifarişi?




"AİA.az" Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb. Musavat.com xəbər verir ki, bunu jurnalistin özü Facebook-da yazıb.

Fuad Abbasovun yazdığına görə, agentlik ona məktub yollayıb və işdən azad edildiyini elan edib: “Mənə göndərilən məktubda işlərin qaydada getməməsi əsas gətirilib. Amma hansı işlərdən söhbət getdiyini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqeyinin Rusiyada müdafiə etmək başlıca “işim” olub. Burdakı məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “ “Boş ver Rusya-Türkiye ilişkilerini, işinden atılırsın, kimse sana sahip çıkmaz” sözləri idi”.

Fuad Abbasov iddia edir ki, onun işdən çıxarılması Rusiyanın sifarişi olub: “Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb əsasında olduğunu öyrəndim”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024