Mobil versiya
6 il əvvəl iki tələbə sayt yaratdı - Bu gün isə...
Tarix: 13-04-2016 | Saat: 11:35
Bölmə:Media | çapa göndər

6 il əvvəl iki tələbə sayt yaratdı - Bu gün isə...






Bu gün Azxeber.com informasiya portalının 6 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də BDU-nun tələbələri Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Beynəlxalq sayğac sistemi olan "Google Analytics"ə görə portala son 1 ayda 2 milyon ziyarətçi daxil olub.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır. Belə ki, portalın rəsmi "facebook" səhifəsini 400 minə yaxın insan bəyənib. Eyni zamanda portalın "Tvitter", "İnstagram", "Youtube" və "Myvideo" sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.



Mənbə: Qafqazinfo.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024