Mobil versiya
“İgidliyə görə” medalı almış şəhidimiz son mənzilə yola salındı
Tarix: 12-04-2016 | Saat: 10:41
Bölmə:Gündəm | çapa göndər

“İgidliyə görə” medalı almış şəhidimiz son mənzilə yola salındı







Düşmən təxribatına cavab olaraq torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olan qəhrəman oğullarımızdan biri də Pəncəli Nurməmməd oğlu Teymurovdur.

"AİA.az" AzNews.az-a istinadən xəbər verir ki, Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.

Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atası Nurməmməd Teymurova təqdim edilib.

Məlumat üçün bildirək ki, 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olan Pəncəli Teymurov 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti başa vurduqdan sonra könülü olaraq xidmətini davam etdirib.

Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024