Mobil versiya
Bakıda əsən güclü külək nə vaxt dayanacaq?
Tarix: 13-07-2015 | Saat: 13:45
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Bakıda əsən güclü külək nə vaxt dayanacaq?

Bakıda əsən güclü şimal küləyi sabah günortadan sonra mülayimləşəcək

Aia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında külək mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 14-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-37, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024