Mobil versiya
İcra Hakimiyyətinin sabiq işçisini güllələdilər - Bakıda
Tarix: 12-04-2016 | Saat: 10:12
Bölmə:Cəmiyyət | çapa göndər

İcra Hakimiyyətinin sabiq işçisini güllələdilər - Bakıda







Bakının Binəqədi rayonunda güllələnmə hadisəsi baş verib. "AIA.az" APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.

Naməlum şəxs avtomat silahdan 43 yaşlı Qasımov Hüseyn Əli oğlunu güllələyib. Nəticədə Əli Qasımov güllə yaraları alıb və ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Atılan çoxsaylı güllələrdən bir neçəsi yol kənarında park edilmiş “Niva” markalı avtomobilə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin gözətçi otağına dəyib.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs hələ saxlanılmayıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, güllələnən Qasımov Hüseyn Əli oğlu əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024