Mobil versiya
MTN generalının evində işləmiş ustaların məhkəməsi başladı
Tarix: 11-04-2016 | Saat: 15:50
Bölmə:İqtisadiyyat | çapa göndər

MTN generalının evində işləmiş ustaların məhkəməsi başladı







Nəsimi rayon Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş - Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“AİA.az” Trend-ə istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 13-nə təyin edilib.

Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024