Mobil versiya
Bərdə öz şəhidini qoynuna aldı.
Tarix: 09-04-2016 | Saat: 11:59
Bölmə:Gündəm / Seçilənlər-6 | çapa göndər



7 aprel 2016-cı il tarixdə cəbhənin Goranboy rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun çavuşu Musayev Səbuhi Rəfail oğlu bu gün böyüyüb boya-başa çatdığı Bərdə rayon Mustafaağalı kəndində son mənziilə yola salınmışdır. Dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları, yüzlərlə insan iştirak etmişdir. Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Azərbaycan Respublikası Müdafiə Nazirliynin nümayəndəsi, polkovnik – leytenant Rövşən Qarayev,vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş və bildirmişlər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Mərasimdə müharibə veteranı Gəray Əsədov, şəhid Səbuhi Musayevin təhsil aldığı Mustafaağalı kənd tam orta məktəbin direktoruTofiq Məmmədov, şəhidin atası Rəfail Musayev, bir gun əvvəl torpağa tapşırılmış zabit Ziya Həsənovun qardaşı Nicat Həsənov çıxış edərək torpağımızın şəhidlərin qanı ilə Vətən olduğunu, şəhid oğullarımızla qürur duyduqlarını bildirmişlər. Mərasimdə Dövlət Himni səsləndirilmişdir. Şəhid çavuş Səbuhi Musayevin tabutu üzərindəki bayraq əbədi əmanət olaraq atası Rəfail Musayevə təqdim edilmişdir. Şəhidlərin ruhuna dualar oxunmuşdur. Yaylım atəşi açıldıqdan sonra şəhid çavuş Səbuhi Musayevin nəşi doğulub boya-başa çatdığı Mustafaağalı kənd qəbristanlığında torpağa tapşırılmışdır.














Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024