Mobil versiya
Şəhid zabitimiz alqış sədaları altında dəfn olundu - FOTO
Tarix: 06-04-2016 | Saat: 14:23
Bölmə:Aia TV / Karusel | çapa göndər




Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan zabitinin dəfn mərasimində böyük izdiham yaşanıb.

Aia.az report-a istinadən bildirir ki, cəbhə xəttinin Füzuli rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Ağdam rayonundan məcburi köçkün, 26 yaşlı Ziya Niyazi oğlu Həsənovun cənazəsi "Vətən sağ olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Vətən, sənə canım fəda!", "Şəhidlər ölmür!", "Qələbə naminə!" şuarları ilə Bərdə rayon Şəhidlər xiyabanına gətirilib.

Azərbaycan ordusunun şəhidi alqış sədaları altında dəfn olunub.

Şəhidin dəfn mərasimdə Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, hüquq-mühafizə orqanlarının rəsmiləri, rayon ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak edib.

Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024