Mobil versiya
İŞİD 4 nəfəri edam etdi - FOTO
Tarix: 06-04-2016 | Saat: 12:55
Bölmə:Gündəm / Cəmiyyət / Şou-biznes / Karusel | çapa göndər


"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı edamlarını səngitmir. Daha doğrusu, Suriyada ağır zərbələr alan və nəzarətində olan əraziləri sürəkli itirən İŞİD "fərarilik, mövqeləri qoyub qaçmaq, düşmənə casusluq etmək"də suçladığı insanların edamlarının sayını artırıb.

Aia.az ABC-yə istinadən bildirir ki, dünən Suriyanın Rəqqa şəhərində, terror təşkilatının faktiki paytaxtında 4 nəfər edam olunub. Onları küçədəki işıq dirəklərinə bağlayandan sonra başlarına tapançadan atəş açıblar, sonra da çarmıxa çəkiblər.
Ötən həftə İŞİD 15 terrorçusunu "casusluq və xəyanət"də suçlayaraq edam edib. Onlar İŞİD-in tanınmış komandirlərindən biri Əbu Hica əl Tunisinin koordinatlarını "düşmənə vermək"də suçlanmışdılar.
Tunisi aviazərbə nəticəsində məhv edilib.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024