Mobil versiya
İran sərhəd qüvvələrini tam hazırlıq vəziyyətinə gətirib
Tarix: 06-04-2016 | Saat: 12:10
Bölmə:Gündəm / Seçilənlər-4 / Karusel | çapa göndər


Ermənistanın atdığı mərmilərdən sonra.

Ermənistan silahlı bölmələrinin atdığı mərmilərin İran ərazisinə düşməsindən sonra bu ölkənin sərhəd qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib.

Aia.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi bildirib ki, top mərmilərinin ölkə ərazisinə düşməsi ilə əlaqədar münaqişə tərəflərinə xəbərdarlıq edilib.

Q.Rzayi deyib ki, son günlər baş verənlərlə bağlı İran-Azərbaycan sərhədinə baxış keçirib.

“İranın Ermənistan və Azərbaycanla sərhədləri tam təhlükəsizdir. Ümid edirik ki, tərəflər arasında sülh razılığı əldə olunacaq və problemlər həllini tapacaq”, - deyə Q.Rzayi baxışdan sonra jurnalistlərə bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024