Mobil versiya
"Azərbaycan üçün döyüşməyə hazıram"
Tarix: 05-04-2016 | Saat: 16:52
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər


Xoşqədəm Hidayətqızı və Doğuş
Müğənni cəbhədə yaşananlara biganə qalmayıb.
“Azərbaycan üçün döyüşməyə hazıram”. ANS PRESS-in məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı türkiyəli müğənni Doğuş söyləyib.
Müğənni son günlər cəbhə bölgəsində yaşananlara biganə qalmayıb.
Xoşqədəm Hidayətqızı analıq məzuniyyətinə çıxır
“Bir türk vətəndaşı olaraq azərbaycanlı qardaşlarımızn hər zaman yanında olduğumu bildirmək istəyirəm. Biz iki dövlət bir millətik və bu hər zaman belə olacaq. Biz də bu torpaqlar üçün lazım gələrsə canımızdan keçməyə hazırıq. Bunu hər kəs belə bilsin”- deyə müğənni açıqlamasında bildirib.

Xoşqədəm Hidayətqızı və Doğuşun toy mərasimi
Müğənni Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə 2014-cü ildə evlənib. Toy mərasimi həm İstanbulda, həm də Bakıda həyata keçirilib. X. Hidayətqızı 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. ANS TV-də "Xoşqədəmlə axtarıram səni" və "Sən tək deyilsən" verilişlərinin aparıcısı olub. Hazırda "Deməsək, olmaz" verilişinin aparıcısdır.

Cütlüyünü əkiz övladları olacaq. hazırda hamiləliyin son aylarını yaşayan aparıcı bir müddət öncə analıq məzuniyyətinə çıxıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024