Ermənilər Tərtərdə üç uşaq anasını yaraladılar
Tarix: 5-04-2016, 10:54 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Ermənilər Tərtərdə üç uşaq anasını yaraladılar

Ermənilərin şəxsi təsərrüfat və evləri atəşə tutması nəticəsində yaralanmış şəxslərdən birinin, üç uşaq anası Mehparə Əliyevanın həyatını həkimlər xilas edə bilib. Aia.az xəbər verir ki, APA TV-nin Qarabağ bürosunun hadisə yerindən verdiyi xəbərə görə, atılan mərmilərdən biri Tərtər sakini Etibar Quliyevin həyətinə düşüb. Həmin vaxt ailə üzvləri evdə olduğundan, xəsarət alan olmayıb: “Haradasa saat iki idi. Yoldaşıma dedim ki, sən yemək hazırla, mən gedib siqaret alıb gəlirəm. Mən gedib qayıdan müddəti həyətə mərmi düşdü. Yoldaşım da göy təmizləyirmiş, evdə olmayıb. Biz də həmişə mərmi düşən evdə oturub çörək yeyirdik. Mən çatdım ki, mərmi düşüb. Bu zaman qonşumuz çölə çıxırmış. Üç uşaq anasıdır. O çölə çıxan anda mərmi düşüb. O mişar daşları olmasaydı, daha ağır xəsarət alardı”.

Etibar Quliyevin həyətinə düşən mərmilərin qəlpələri qapıbir qonşusu, 3 uşaq anası Mehparə Əliyevaya dəyib. Bədəninin müxtəlif yerlərindən qəlpə yaraları alan qadın Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər qadını şokdan çıxarıb, əməliyyat edərək qəlpələrin çoxunu bədənindən təmizləyib. M. Əliyeva ağrılarının artıq azaldığını deyib: “3 uşağımla evdə idim, səs gəldi, qapını açdım çölə çıxdım. Birdən gördüm ki, qollarım, qıçlarım tərpənmir. Ondan sonra uşaqlar çığırışdı, qonşular gəldi kömək elədi. Çölə çıxanda gördüm ki, nə isə tüstü gəlir, partlayış səsi gəldi, ondan sonra yıxıldım. Gördüm ki, qıçlarımın, əllərimin ətləri yoxdur. Ondan sonra tərpənə bilmədim, məni apardılar xəstəxanaya. Sağ olsunlar, hər cür kömək göstərdilər. indi ağrım azalıb”.

Qeyd edək ki, bu, cəbhə xəttində mülki şəxslərin atəşə tutulmasına dair ilk fakt deyil. Bundan əvvəl ermənilərin şəxsi təsərrüfatları və evləri atəşə tutması nəticəsində 3 mülki şəxs həlak olub.



5501 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}