Mobil versiya
Paytaxt sakinləri qan verirlər – FOTO
Tarix: 04-04-2016 | Saat: 17:26
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Aksiyanı hərbçilərə dəstək üçün keçirilir.

Paytaxt sakinləri kütləvi şəkildə Ceyhun Səlimov küçəsində (keçmiş Papanin) yerləşən hərbi hospitala axın edərək könüllü şəkildə qan verirlər.

Aia.az musavat.com-a istinadən bildirir ki, kampaniyada iştirak edən şəxslər bildirirlər ki, bu barədə müvafiq anonsdan xəbəri olan insanlar bu aksiyanı hərbçilərə dəstək üçün keçirirlər.

Qeyd edək ki, sosial şəbəkə iştirakçılarından biri Facebook-da elan yazaraq yaralanmış əsgərə mənfi reuslu qan lazım olduğunu bildirib. Bundan sonra hospitala kütləvi axın başlayıb.

Qeyd edək ki, Qarabağ cəbhəsində hərbi eskalasiyanın artması, döyüşlərin şiddətlənməsi və yaralıların olması səbəbindən əlavə qan ehtiyatına zərurət yarana bilər. Ona görə də insanlar cəbhə üçün əllərindən gələn köməyi etməyə hazırdırlar.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024