Mobil versiya
Azərbaycanlı milyarderin qızıldan tikilən otelinin ətrafında qalmaqal
Tarix: 1-04-2016, 16:02 | Saat: 15:47:00
Bölmə:Gündəm / İqtisadiyyat / Manşet2 / Karusel | çapa göndər

Azərbaycanlı milyarderin qızıldan tikilən otelinin ətrafında qalmaqal


Azərbaycanlı iş adamı Telman İsmayılovun inşa etdirdiyi "Mardan Palace"ın Halk Bankına satılması ilə bağlı tenderin ləğvi ilə bağlı məhkəmə prosesi olub.

Aia.az-in məlumatına görə, Telman İsmayılovun 1,4 milyard dollara inşa etdirib açılışını 2009-ci ildə reallaşdırdığı "Mardan Palace" borclarına görə Halk Banka satılmışdı. Ötən ilin 2 noyabr tarixində tək başına tenderə qatılan Halk Bankı 360 milyon 50 min lirəyə oteli almışdı. Bu satışdan sonra otelin sahibi Telman İsmayılovun oğulları Əli Əkbər, Sərxan və AST şirkəti tenderin ləğvi üçün məhkəməyə müraciət edib.

AST şirkətinin vəkili Murat Türkal məhkəmə zamanı əmlakın 124 min kvadrat metrə görə deyil, 118 min kvadrat metrə görə qiymətləndirildiyini bildirib. Bununla yanaşı, vəkil iddia edib ki, otelin qızıl falqaları üçün boya yerinə 130 kiloqram qızıl istifadə olunub. Vəkil Türkalın bu bəyanına qarşı tərəf kəskin etiraz edib. Halk Bankın vəkili İsmail Çalım otelin qiymətini üç illik gəlir hesablanaraq müəyyənləşdirildiyini söyləyib. Otelin içindəkilərin otellə birlikdə bir bütün olduğunu deyən vəkil tenderin ləğvi üçün əsas gətirilən səbəblərin yetərli olmadığını bildirib.

Bunun üzərinə təkrar söz alan AST vəkili Türkali otelin dəyərinin illik qazancına görə deyil, daşınmazın dəyərinə görə müəyyən edilməsi lazım olduğunu qeyd edib. "Burada müəssisə başqasına icarə verilmir, əmlak satılır. Bundan başqa, iddia edildiyi kimi borc sahiblərinə heç ödəniş edilmədiyi iddiası da doğru deyil. Ötən ilin iyun ayında Halk Bankına 10 milyon lirə ödəniş edilib".

Məhkəmə cavabsız qalan bəzi sualların dəqiqləşdirilməsini tələb edib və prosesi növbəti bir tarixə qədər təxirə salıb.



5526 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-07-2019
12-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031