Mobil versiya
Söhrab Tahirin ikinci ayağı da amputasiya olunacaq
Tarix: 01-04-2016 | Saat: 15:27
Bölmə:Dünya / Manşet / Aia TV | çapa göndər

Söhrab Tahirin ikinci ayağı da amputasiya olunacaq
Azərbaycanın xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunacaq. Şairin ikinci ayağı da amputasiya ediləcək.

Bu barədə "Report"a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, hazırda vəziyyəti stabil olan Söhrab Tahirin ayaqlarında çürümə ("qanqrena") gedir: "Bu səbəbdən, həkimlər şairin sol ayağının da amputasiya ediləcəyini bildirib".

Əməliyyatın yaxın günlərdə keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib. Xatırladaq ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024