Mobil versiya
Xəstəxanada həkimləri döydülər - YENİLƏNİB
Tarix: 01-04-2016 | Saat: 11:42
Bölmə:Səhiyyə / Aia TV / Karusel | çapa göndər


Həkimlərin müraciəti əsasında araşdırma aparılır
Bakıda xəstəxanada baş vermiş dava-dalaşla bağlı yeni məqamlar üzə çıxıb. Aia.az xəbər verir ki, Xətai rayonu Rəşid Bağırov küçəsi 30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində dava salan Nəcməddin adlı şəxsin həyat yoldaşı xəstəxanada müalicə olunurmuş. O, həyat yoldaşının yanına gələrkən hələlik tam dəqiqləşməmiş səbəblərdən digər xəstə ilə dalaşıb və onu döyməyə başlayıb. Daha sonra palataya növbətçi həkim Qılman Babayev və digər həkimlər gəlib. Əvvəllər məhkum edilmiş Nəcməddin adlı şəxs həkimlərə də xuliqanlıq zəminində zərbələr endirib.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024