Mobil versiya
Alimlər nəhəng yeraltı okean tapdılar
Tarix: 31-03-2016 | Saat: 23:07
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər


Rusiya, Fransa və Almaniyadan olan geokimyaçılar Yer səthinin 410-660 km dərinliyində Arxey dövrünün okeanını aşkar ediblər.

Aia.az oxu.az-a, istinadən xəbər verir ki, bu barədə alimlərin tədqiqatları “Nature” jurnalında dərc edilib.

Jurnaldakı məlumata görə, okeanın həcmi Dünya okeanının həcmindən böyükdür.

İri su hövzəsi yerin səthi altındadır və qədim zamanlarda yüksək təzyiq və temperatur (1530 dərəcə Selsi) təsiri ilə yaranıb. Su mineralların kristallik sturkturundadır.

Alimlər lava axınının nümunələrini təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

Daha öncə alimlər yeraltı okeanın olmasından şübhələnirdilər, amma aparılan tədqiqatlar onun ölçülərini təyin etməyə imkan verdi. Beləliklə də onlar yeraltı nəhəng okeanın mövcudluğunu bəyan edə biliblər. Çox güman ki, su hövzəsi planetin ilkin inkişaf mərhələlərində yaranıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024