Mobil versiya
Bakıda dəhşətli qətl: Oğlunun toyuna hazırlaşan kişi öldürüldü - YENİLƏNİB + VİDEO
Tarix: 11-07-2015, 16:00 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Bakıda dəhşətli qətl: Oğlunun toyuna hazırlaşan kişi öldürüldü - YENİLƏNİB + VİDEO
Hadisəni törədən şəxs isə qızının nişanına hazırlaşırdı.

Bakıda qətl hadisəsi baş verib.

Aia.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlovun APA TV-yə verdiyi məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müseyib Ramiz oğlu Həsənov evinin qarşısında qonşusu, 1949-cu il təvəllüdlü Şamil Səməd oğlu Kərimovla mübahisə edib. Daha sonra evdəki bıçağı götürərək qonşusunun ürək nahiyəsindən bir neçə zərbə endirməklə onu qətlə yetirib.

Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, qonşusu mərhum Şamil Kərimovla ədavətli olublar. Mərhum peyin iyi gəldiyindən, Həsənova evində olan tövləni sökməyi təkid edib. Tövlə sökülsə də, Kərimovla ədavət davam edib. Ötən gün qonşular küçədə rastlaşıblar və bu zaman mərhum Kərimov qonşusunu görən kimi yerə tüpürüb. Bunu özünə təhqir hesab edən Həsənov evdən gətirdiyi bıçaqla qonşusunu qətlə yetirib.

Qeyd edək ki, hadisədə təqsirli bilinən Müseyib Həsənov iyulun 21-i qızının nişanına, mərhum Şamil Kərimov isə gələn ay oğlunun toyuna hazırlaşırdı.

12:30

Bakıda qəssab qonşusunu öldürdü.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, qətl hadisəsi paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində Mehdi Hüseyn küçəsi dalan 7, ev 26-da baş verib.

Sahə müvəkkili Rəşad İsmayılovun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Müseyib Ramiz oğlu Həsənov aralarında baş verən şəxsi münaqişə zəminində 1949-cu il təvəllüdlü Şamil Səməd oğlu Kərimovu bıçaqlayaraq qətlə yetirib.

M.Həsənov əvvəllər də narkotik vasitələrin istifadəsinə görə məhkumluq həyatı yaşayıb.

Müstəntiqin sözlərinə görə, ilkin dindirilmə zamanı M.Həsənov hadisənin səbəbini açıqlayaraq bildirib ki, ölən şəxs onu hər gün mütəmadi olaraq söyüb, təhqir edib.

Qəssab işləyən M.Həsənov qətl hadisəsi baş verən gün maşınından düşüb evinə girərkən Şamil Kərimov yenə onu söyməyə başlayıb. Bu dəfə əsəblərini cilovlaya bilməyən qəssab evə girərək ət kəsimində istifadə etdiyi bıçağı götürüb və yenidən həyətə düşüb.

Ş.Kərimovu bıçaqlayaraq öldürən Müseyib hadisə yerindən uzaqlaşıb.

Hadisədən sonra saxlanılan Həsənov haqqında Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb.

Qeyd edək ki, Ş.Kərimovu öldürən şəxs 2009-cu ildə narkotik vasitələrin istifadəsinə görə həbs edilib və 2011-ci ildə azadlığa çıxıb.



5747 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

12-11-2019
08-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930