Mobil versiya
Türkiyənin məşhur telekanalı bağlanır
Tarix: 25-03-2016 | Saat: 15:51
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

Türkiyənin məşhur telekanalı bağlanır
Ümumilikdə telekanalda ixtisarlar 1-2 ay davam edəcək.

Türkiyənin məşhur idman telekanallarından biri bağlanır.

Aia.az “Vatan” qəzetinə istinadən xəbər verir ki, “Doğuş” yayım qrupunun sahib olduğu “NTVSpor” telekanalının bağlanmasına hazırlıq başlanıb.

Telekanalın bir müddətdir zərərlə çalışması səbəbindən öncə işçilərin əhəmiyyətli qismi ixtisar ediləcək, daha sonra isə telekanal tamamilə bağlanacaq.

İlk olaraq “NTVSpor”un tanınmış simalarından Özgür Buzbaş, Irmak Kazuk, Ali Ece və Burcu Hakyemez Dal ilə birlikdə 30 nəfər işdən çıxarılıb, bununla bağlı həmin şəxslərə dünən və bu gün müvafiq əmr təqdim edilib. Ümumilikdə telekanalda ixtisarlar 1-2 ay davam edəcək, bu prosesin yekununda isə “NTVSpor”un yayımı tamamilə dayandırılacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024