Mobil versiya
Azərbaycanlı Qazaxıstanda deputat seçildi - TARİXDƏ İLK
Tarix: 25-03-2016, 14:01 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

Azərbaycanlı Qazaxıstanda deputat seçildi - TARİXDƏ İLK

Müstəqil Qazaxıstanın tarixində ilk dəfə olaraq ölkənin Parlament Məclisinə azərbaycanlı deputat seçilib.

Aia.az Azərtac-a istinadən xəbər verir ki, Məhərrəm Məhərrəmov Qazaxıstan Xalq Kommunist Partiyasının Almatı vilayətinin birinci katibi kimi seçkilərdə 7 faizlik baryeri aşaraq partiya siyahısı əsasında uğur qazanıb.

Daha bir azərbaycanlı Maarif Fərəcov Almatı şəhərinin rayonlarından birinin yerli özünüidarəetmə orqanının - Maslixatın üzvü seçilib.

Yerli siyasi analitiklər bunu Azərbaycan icmasının Qazaxıstan cəmiyyətinə uğurlu inteqrasiyası kimi dəyərləndirirlər. Digər tərəfdən, bu, Qazaxıstan xalqının Azərbaycan icmasına etimadı kimi qiymətləndirilir.

Martın 25-də Prezident Nursultan Nazarbayevin iştirakı ilə VI çağırış Parlament Məclisinin ilk sessiyasının açılışı olub. Dövlət başçısı iclasda çıxış edərək qlobal iqtisadi böhranla əlaqədar çətin vəziyyətdə fəaliyyətə başlayan parlamentin qarşısında vahid vergi və gömrük məcəlləsinin qəbulu da daxil olmaqla, bir sıra vəzifələrin durduğunu bildirib.

İlk sessiyada deputatlar Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəklərinə and içiblər.



5442 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930