Mobil versiya
"İnter" və "Zirə" bayrama bayram qatdı - YENİLƏNİB
Tarix: 21-03-2016 | Saat: 12:41
Bölmə:İdman / Aia TV / Karusel | çapa göndər



Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Aia.az apasport.az-a istinadən bildirir ki, son oyun günündə daha 2 qarşılaşma baş tutub.

Novruz bayramı gününə təsadüf edən turun son gününə Lənkəranda start verilib. "İnter" cənub səfərində ev sahiblərini minimal hesabla məğlub edib. Nika Kvekveskirinin möhtəşəm qolu matçda yeganə olub. Bu nəticə ilə uzun bir aradan sonra turnir cədvəlində ilk üçlüyə qayıdan "bankirlər" həm də azarkeşlərinə bayram hədiyyəsi ediblər.

Turun son oyununda isə paytaxt təmsilçiləri üz-üzə gəliblər. Öz meydanındakı çempionat oyunlarında uduzmayan "Zirə" AZAL-ı sınağa çəkib. Debütant bu dəfə də meydandan qalib kimi ayrılan tərəf olub. Adil Şükürovun yetirmələrinə bu, o qədər asan başa gəlməyib. Belə ki, matçın gedişində iki dəfə geri düşən "təyyarəçilər" sonradan hesabı bərabərləşdirməyə müvəffəq olublar. Ancaq Tərlan Əhmədovun "drujina"sının gücü bundan artığına çatmayıb. Meydan sahiblərinin sona 10 dəqiqə qalmış və son dəqiqədə vurduqları qollar cavabsız qalıb. Bununla da, qarşılaşmadan 4:2 hesabı ilə üstün ayrılan "Zirə" ikinci pillədəki yerini qoruyub və liderlə arasındakı məsafənin uzanmasına imkan verməyib.

Azərbaycan Premyer Liqası

XXVI tur

20 mart (bazar)

"Zirə" - AZAL - 4:2

Qollar: Rəşad Abdullayev, 9, Elvin Məmmədov, 58, Krneta, 81, Nurlan Novruzov, 90 - Aydın Qasımov, 32, Ruslan Nəsirli, 70

Mövsümün ilk yarısındakı oyunlar: 1:0, 0:1

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

"Zirə": 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev, 11. Viktor İqbekoyi , 32. Luis Alberto Diez, 27. Rəşad Abdullayev (k), 60. Elvin Məmmədov, 10. İqor İvanoviç, 19. Nurlan Novruzov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 90. Vüsal İsgəndərli, 17. Nicat Qurbanov, 28. Təmkin Xəlilzadə, 6.Vüqar Mustafayev, 96. Elgün Nəbiyev
Baş məşqçi: Adil Şükürov

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 11. Ruslan Nəsirli, 21. Murad Səttarlı, 77. Adan Koronado, 9. Aydın Qasımov
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 4. Qvanzav Maqomedov, 19. Məhəmməd Bədəlbəyli, 20. İsmayıl İbrahimli, 10. Nuqzar Kvirtiya, 18. Eltun Hüseynov, 27. Aleksandr Quruli
Baş məşqçi: Tərlan Əhmədov

"Xəzər Lənkəran" - "İnter" - 0:1

Qol: Nika Kvekveskiri, 29

Mövsümün ilk yarısındakı oyunlar: 2:0, 0:2

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Mahir Məmmədov
Xəzər Lənkəran" mərkəzi stadionu

"Xəzər Lənkəran" :25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu. 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə
Ehtiyat oyunçular: 78. Turan Hüseynzadə, 12. İlyas Səfərzadə, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 44. Yusif Həsənov, 66. Kənan Həsənov, 99. Mahsun Qəmbərli
Baş məşqçi: Elbrus Məmmədov

"İnter": 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Laşa Kasradze, 7. Nika Kvekveskiri, 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli, 30. Abbas Hüseynov
Ehtiyat oyunçular: 79. Giorgi Lomaya, 2. Sərtan Taşkın, 12. Ruslan Əmircanov, 24. Fuad Bayramov, 33. Aqşin Quluzadə, 45. İlkin Sadıqov, 77. Mirsahib Abbasov
Baş məşqçi: Zaur Svanadze



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024