Mobil versiya
Rayonun mərkəzi meydanında keçirilən Novruz bayramı şənliyi keçirildi- BƏRDƏ (FOTO)
Tarix: 19-03-2016 | Saat: 15:40
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Rayonun mərkəzi meydanında keçirilən Novruz bayramı şənliyində rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon sakinləri – cəmi 16 min nəfər iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevi və rayonun rəhbərlərini Dədə Qorqud Bahar qızı ilə birgə qarşılamış və salamlamışdır. Novruz Bayramının personajları kosa və keçəl rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevi və rayonun rəhbər işçilərini deyimləri ilə qarşılamış, kosa rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevlə yumurta döyüşdürmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayonun rəhbərləri Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin hazırladıqları sərgilər ilə tanış olmuş, məktəblilərin ifasında bədii kompazisiya və səhnələrə, gənc idmançıların idman proqramlarına, gənclərin dirə-döymə oyunlarına, pəhləvanların və kəndirbazların sahnələrinə tamaşa etmiş, milli məişət və mətbəximizlə bağlı hazırlanmış tədbirlərlə tanış olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev meydanda Bayram tonqalını yandırmışdır. Musiqi sədaları altında meydana Bahar qızı gəlmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev rayon sakinlərinə təbriklə çıxış etmişdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup sakin rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, bir qrup sakinə qiymətli hədiyyələr təqdim edilmişdir. Tədbir rayonun mədəniyyət işçilərinin, özfəaliyyət dərnəklərinin hazırladığı səhnəciklər və konsert proqramı ilə müşayət olunmuşdur.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə