Mobil versiya
ƏLƏT MƏKTƏBİNİN QƏLƏTİ
Tarix: 17-03-2016 | Saat: 11:27
Bölmə:Təhsil / Manşet / Karusel | çapa göndər

ƏLƏT MƏKTƏBİNİN QƏLƏTİ
Bəri başdan qeyd edək ki, qələt sözünün mənası səhv, yanlış, xata, yanılma deməkdir. Kim də bilməsə, bunu məqaləmizin qəhrəmanı yaxşı bilir. Onu da bilməmiş deyil ki, bir bənnanın səhvi gələcəkdə bir evin dağılmasına səbəb ola bilər. Bir təhsil ocağının sönməsi isə bütöv bir nəsli kor qoya bilər. Çünki bütün böyük problemlər məhz bu ilk əyintidən - yetişməkdə olan nəslin təlim-iərbiyəsi işində yol verilən yanlışlıqlardan başlayır.

Təhsil naziri M. Cabbarovun rəhbərliyi altında islahatlar davam edir. Yeni dərs ilində daha bir yeniliyə imza atıldı. Məktəb direktoru postuna keçmək istəyənlər xahişsiz-filansız müsabiqəyə qatıldılar. 150 nəfərdən çox pedaqoq öz gücünü sınamağa qərar verdi. Onlardan isə cəmi 24 nəfəri qalib adına layiq görüldü. Qaliblərdən biri də hazırda Bakı şəhər, Əhməd Zeynallı adına 302 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan Rzayeva Səkinə müəllimə oldu.

Bəri başdan deyək ki, çox iddialıdı, hər şeyi bəyənən deyil. Hətta kurikulumla bağlı "Həmkara Dəstək" kitabına irad da tutub, deyib ki, onu bir qədər təkmilləşdirmək də olardı. Rzayevadan dərs ili başlayanda çox qabaqcıl təşəbbüslər gözləyirdilər. O isə gözləntiləri doğrultmadı. Daha doğrusu, irəli sürdüyü təşəbbüslərin "kreativliyi" həddən ziyadə oldu.

Bildirilir ki, Səkinə müəllimə məktəbdə fənləri lazımlılar və lazımsızlara bölüb. Adam o qədə enerjilidi ki, rəhbərlik işlərini də çatdırır, üstəlik, ana dili və ədəbiyyatdan da dərs götürüb. Di gəl, bu fənn üzrə dərsləri tez-tez təxirə salır. Məsələn, direktor bədən tərbiyəsi dərslərini əhəmiyyətli saymadığından, təxirə saldığı öz fənnini məhz idman dərsi üçün nəzərdə tutulmuş saatlarda tədris edir. Hətta bu sıradan da yenidən təxirə düşənləri olur. Barmaq hesabına gələcək qədər az sayda uğurlu alınan dərslərini isə internetdə yerləşdirərərək sərgiləyir. Direktorun bu özünüreklam siyasətindən narazı qalanlar çox olsa da,Səkinə müəllimə bunu da təhsil nazirinin tələbi ilə əsaslandırmağa çalışır.

Bildirilir ki, narazı valideynlər yuxarı instansiyalara şikayət etmək istəsələr də, onları bu fikirdən şagirdlər özləri daşındırırlar. Çünki incidiləcəklərindən qorxurlar.

Məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnindən axsamaların dərinləşməsinə sübut kimi bu təhsil müəssisəsinin feyzbuk səhifəsində statusların birinə yazılan şagird rəyini göstərmək olar. Şərhə ehtiyac qalmayacaq.

A.Zeynalli adina 302 sayli tam orta mekteb 16 Kasım 2015 ·

Doğma məktəbimin savadlı müəllimlərindən götürdüyüm açıqlama)))

Xəzər_Qızı# Şagirdlərin nəzərinə: hansı əsərləri oxumalı?


Şagirdlərin nəzərinə: hansı əsərləri oxumalı?

AXAR.AZ BeğenDaha fazla ifade göster Yorum YapPaylaş Kronolojik 1212

Yorumlar

Ni Hat Him maraqlidi ama biz o eserlerden xebersizik nece olursa



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024