Mobil versiya
Balaca qız: "Əmim şalvarımı aşağı endirdi və..." (ŞOK HADİSƏ)
Tarix: 17-03-2016 | Saat: 10:19
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər





Türkiyənin Diyarbakır şəhərində dəhşətli hadisə baş verib.

Aia.az-in məlumatına görə, 9 yaşındakı öz qardaşı qızına cinsi istismar edərkən iş başında polis tərəfindən tutulan 36 yaşındakı B.O. bu əməlinə görə mühakimə edilib.

İddianaməyə görə, hadisə 2013-ci ildə baş verib. 9 yaşındakı M.Ö adlı qız uşağı hadisə tarixində ailəsi ilə birlikdə əmisi B.O.-nun evinə qonaq gedib. Axşam saatlarında bir qonağı evinə yola salmaq üçün çölə çıxan əmi B.Ö bağçada oyun oynayan qardaşı qızını da avtomobilə mindirib. Qonağı evinə yola saldıqdan sonra qardaşı qızını gəzdirən B.Ö daha sonra avtomobili dayandıraraq qızcığazı qucağına alıb.

Cinsi istismarın baş verdiyi məqamda ərazidə olan polis dəstəsi vəziyyətdən şübhələnərək avtomobilə yaxınlaşıb. Polislərin gəldiyi zaman şübhəlinin şalvarının düymələrini açdığı məlum olub. M.Ö qardaşı qızını cinsi istismar etməyə çalışarkən polislər hərəkətə keçib və həmin şəxsi yaxalayıb. Saxlanılan şəxs "azyaşlı uşağı cinsi istismar etmək" maddəsi ilə mühakimə edilib.

Balaca qız isə məhkəmədə başına gələnləri olduğu kimi danışıb: "Əmim qonağı yola saldıqdan sonra məni bir az gəzdirdi. Yol kənarında avtomobili dayandıranda mənə pis bir şey edəcəyini hiss etdim. Məni birdən qucağına oturtdu. Şalvarımı dizə qədər endirdi. Mənə toxunmağa başladığında polis gəldi. Onu o halda görəndə dərhal paltarını geyinməsini söylədilər. Əmim polisi görəndə çox qorxdu. Hətta qorxudan gözlərinin dolduğunu gördüm. Mənə dərhal üstünü geyin dedi. Polislər mənə qorxmamağımı və mənə kömək edəcəklərini söylədilər. Mənə dərhal su verdilər".

Cinsi istismar maddəsi ilə günahlandırılan şəxs isə olanları inkar edib. Polisin ona böhtan atdığnı bildirib. Hətta balaca qızın atası da qardaşının belə bir şey etmədiyini iddia edib. Ancaq buna baxmayaraq hakim balaca uşağın sözlərinə və polisin məlumatına əsaslanaraq M.Ö-yə 23 il 3 ay həbs edilməsi barədə qərar çıxarıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə