Mobil versiya
Polis narkomafiyaya qarşı bir neçə əməliyyat keçirtdi
Tarix: 11-03-2016 | Saat: 13:03
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



Saxlanılanlar var.

Daxili İşlər Nazirliyi ölkədə baş vermiş kriminal hadisələrlə bağlı məlumat yayıb.

DİN-dən daxil olan məlumata görə, Lənkəran şəhər sakinindən marixuana götürülüb.

Belə ki, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxşiş Əliyevdən 3 kiloqram 850 qram marixuana götürülüb.

Sumqayıt şəhər sakinindən isə heroin və marixuana götürülüb.

Bununla bağlı Sumqayıt ŞPİ əməliyyat keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əhmədovdan 507,12 qram heroin və 3 kiloqram 105 qram marixuana götürülüb.

Oxşar hadisə Corat qəsəbəsində də baş verib. Belə ki, Sumqayıt ŞPİ əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xandadaş Mirzəyevdən 10,21 qram heroin götürülüb. Onun evinə baxış zamanı isə 652 qram heroin aşkar edilərək götürülmüşdür.

Sumqayıt şəhərində daha bir onoloji hadisə baş verib. Oğurluq etdiklərinə görə tutulmuş Sumqayıt şəhər sakinləri Vidadi Nəzərov və Ramin İsgəndərovdan narkotik vasitələr də aşkar edilərək götürülüb.

Bakıda da oğurluq edən şəxslərdən narkotik götürülüb. Belə ki, cari il yanvarın 26-da metronun “28 May” stansiyasında Bakı şəhər sakini Fəvziyyə Yusufovaya məxsus çantadan 5000 rubl və 150 manat oğurlanıb.

Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vidadi Nəzərov və Ramin İsgəndərov tutulub.

Onların martın 9-da E.İsgəndərovaya, G.Ağayevaya və T.Əliyevaya məxsus mobil telefonları oğurlamaları da müəyyən edilib.

V.Nəzərovdan 0,162 qram, R.İsgəndərovdan 0,159 qram heroin götürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024