Mobil versiya
İyulun 14-də I və IV qruplar üzrə qəbul imtahanı keçiriləcək
Tarix: 10-07-2015 | Saat: 17:34
Bölmə:Təhsil / Karusel | çapa göndər




TQDK iyulun 14-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün qəbul imtahanı keçirəcək

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahanda 26920 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22381 nəfəri I qrup üzrə, 4539 nəfəri IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 24074 nəfəri (I qrup üzrə 19959 nəfər, IV qrup üzrə 4115 nəfər) Azərbaycan bölməsinin, 2846nəfəri (I qrup üzrə 2422 nəfər, IV qrup üzrə 424 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 15809nəfəri (I qrup üzrə 13990 nəfər, IV qrup üzrə 1819 nəfər) oğlanlar, 11111 nəfəri (I qrup üzrə 8391 nəfər, IV qrup üzrə 2720 nəfər) isə qızlardır. 26200 nəfər orta ümumtəhsil məktəblərinin, 18 nəfər ali təhsil müəssisələrinin, 702 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 191 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1980-ci ildən, ən gənci isə 2000-ci ildəndir.
Bakı şəhərində 11942, Naxçıvanda 1206, Gəncədə 3181, Sumqayıtda 1733, Mingəçevirdə 1214, Şəkidə 1749, Ağcabədidə 925, Göyçayda 1349, Şirvanda 978, Lənkəranda 1574, Xaçmazda isə 1069 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 216 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2230 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024