Mobil versiya
Azərbaycanda qadını döyüb öldürdülər
Tarix: 10-03-2016 | Saat: 15:57
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



Sumqayıt şəhərində qətl törədilib.
Aia.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 1968-ci il təvəllüdlü Gülnaz Dadaşovanın üzərində xəsarətləri olan meyiti yol kənarında aşkar edilib.

İlkin olaraq polisə G.Dadaşovanın müəyyən edilməmiş avtomobillə vurulması və hadisə yerində ölməsi barədə məlumat verilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində G.Dadaşovanın münaqişə zəminində həmyerlisi, 1975-ci il təvəllüdlü Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib. E.Əhmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024