Mobil versiya
Neftin qiyməti 60 dolları keçə bilər
Tarix: 10-03-2016 | Saat: 15:55
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər



"Heç kim neftin qiymətini dəqiq proqnozlaşdıra bilməz".

Bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Qaz İxracatçısı olan Ölkələr Forumu ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, "Qazprom" şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib.

V. Zubkov deyib ki, əgər neftin qiyməti 50-60 dollar arasında qərarlaşarsa, bu, 2016-cı il üçün optimal qiymət olacaq:

"Hazırda neftin bir barelinin qiyməti 40 dolları ötüb. Gələcəkdə nə olacağını demək isə çətindir. Neftin qiymətinə bir neçə amil, o cümlədən dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatının inkişaf tempi təsir edir. Bununla yanaşı, İran da öz neftini bazara çıxarır. Düşünürəm ki, OPEC və digər ölkələr yalnız neft hasilatının dondurulması üzərində deyil, hasilatı azaltmaq barədə də düşünməlidirlər. Bu halda neftin qiyməti 60 dolları keçə bilər".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024