Mobil versiya
88 yaşlı kişini evlənmək vədi aldadan 2 azərbaycanlı qadın tutuldu
Tarix: 10-03-2016 | Saat: 11:02
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər




Türkiyədə fırıldaqçılıqla məşğul olan 2 azərbaycanlı qadın həbs edilib

Türkiyənin Karabük bölgəsində 88 yaşındakı Niyazi Yalçını evlənmək vədi ilə aldadaraq 10 min lirəsini alan Azərbaycan vətəndaşları - 55 yaşlı Natalya M. və 43 yaşlı Samira B. saxlanılıb.

Aia.az-ın "milliyet.com.tr" saytına istinadən verdiyi xəbərə görə, qadınlar televiziya proqramına çıxdıqdan sonra polis tərəfindən həbs ediliblər. Onlar polisdən qaçmağa çalışsalar da, tutularaq istintaqa cəlb olunublar.

Məhkəmə tərəfindən barələrində həbs qətimkan tədbiri seçilən qadınlar Karabük T tipli qapalı cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Azərbaycan vətəndaşları olan qadınlar ittihamları qəbul etməyiblər. Onların iddiasına görə, əslində Niyazi Yalçının övladları onun pulunu mənimsəmək istəyiblər və günahı da onların üstünə atırlar.

Polis əməkdaşlarının araşdırmalarına görə, qadınlar eyni üsulla Ankara, Çorum, İzmir, Niğde kimi bir çox bölgələrdə yaşlı insanları evlənmək vədi ilə aldadıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024