Mobil versiya
Avroliqada 3 "erkən final"
Tarix: 10-03-2016, 10:50 | Saat: 15:47:00
Bölmə:İdman / Manşet2 / Karusel | çapa göndər

Avroliqada 3 "erkən final"


Bu gün Avropa Liqasında (AL) 1/8 final mərhələsinə start veriləcək. Aia.az apasport.az-a istinadən bildirir ki, bu mərhələnin bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" öz meydanında "Braqa" ilə oynayacaq. Azərbaycanlı futbolsevərlərin də yaxından izlədiyi qarşılaşma İstanbul klubu üçün o qədər çətin olmamalıdı. Ancaq "sarı bülbüllər" səfərə arxayın yollanmaq istəyirlərsə, evdə qol buraxmadan ən az iki top fərqi ilə qələbə qazanmalıdılar.

Dortmund "Borussiya"sı ilə "Tottenhem"in dueli də gərgin mübarizə vəd edir. Gecənin mərkəzi matçılarından biri hesab olunan oyun haqqında "erkən final" da demək olar. Hazırda yaxşı formada olan hər iki komanda yerli çempionatlarda mükafatların əsas iddiaçıları olmaqla yanaşı, Avrokuboklarda da titula qovuşmağı arzulayırlar.

Daha bir "erkən final" isə Liverpulda baş tutacaq. Yerli komanda "Mançester Yunayted"i qəbul edəcək. Yürgen Kloppun yetirmələri doğma meydan amilindən də istifadə edərək, onsuz da yaxşı formada olmayan rəqibinin işini ilk matçdaca bitirmək əzmindədi. "Qırmızı şeytanlar" isə asan təslim olacaq rəqibə bənzəmir. Daxili birincilikdə titullardan əllərini üzmüş hər iki komanda azarkeşlərini Avroliqada qalib olmaqla sevindirmək istəyir.

İspaniya derbisi də gərginliyinə görə digər iki qarşılaşmadan geri qalmır. "Atletik"lə "Valensiya" Primerodakı rəqabəti Avropa miqyasında davam etdirəcəklər. Kimin qalib gələcəyi isə böyük ölçüdə ilk oyundakı nəticədən asılı olacaq.

Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar


10 mart
22:00. "Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya)
Baş hakim: Antoni Teylor (İngiltərə)

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)

22:00. "Fənərbaxça" (Türkiyə) - "Braqa" (Portuqaliya)
Baş hakim: Klemen Turpin (Fransa)

22:00. "Şaxtyor" (Ukrayna) - "Anderlext" (Belçika)
Baş hakim: Artur Dias (Portuqaliya)

00:05. "Atletik" (İspaniya) - "Valensiya" (İspaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya)

00:05. "Liverpul" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

00:05. "Sparta" (Çexiya) - "Latsio" (İtaliya)
Baş hakim: Alberto Undiano Malyenka (İspaniya)

00:05. "Vilyareal" (İspaniya) - "Bayer" (Almaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)



5568 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30