Mobil versiya
Türkiyə Azərbaycandan keçən tranzit yük daşınmalarını xeyli artırıb
Tarix: 09-03-2016 | Saat: 18:18
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Xərclər 40% azalıb.

2016-cı ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiyaya 1582 yük avtomobili göndərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,3 dəfə çoxdur.

Aia.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının elektron portalının təqdimatında deyib.

S.Babayev qeyd edib ki, ötən ilin yanvar-fevral aylarında Bakı-Aktau-Bakı istiqaməti üzrə 217 yük avtomobili göndərilib:

“Azərbaycan ərazisi ilə yükdaşıma qaydalarının sadələşdirilməsi, xüsusilə də daşımalar üzrə xərclərin 40% azaldılması buna imkan yaratdı”.

Onun sözlərinə görə, neft və neft məhsullarının daşınması üzrə tariflərin yüksək həddi müəyyənləşdirildi ki, bu da yüklərin Azərbaycan ərazisi ilə istiqamətinin səmərəliliyini artırıb, ölkədə neft və neft məhsullarının daşınmasının artımını təmin edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024