Mobil versiya
Şamaxıda çərşənbə tonqalında adam yandı
Tarix: 09-03-2016 | Saat: 18:16
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


50 yaşlı kişi huşunu itirib.

Şamaxı rayon sakini ötən gün Yel çərşənbəsi ilə əlaqədar yandırılan tonqalın içinə yıxılaraq xəsarət alıb.
Aia.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Şamaxı şəhərində qeydə alınıb.

Şamaxı şəhər sakini, 1966-cı il təvəllüdlü Həsənov Tələt Əli oğlu yaşadığı məhəllədə yandırılan tonqalın üzərindən tullanarkən ayağı yanan oduna ilişdiyi üçün ocağa yıxılıb. Tələt Həsənovun başı daşa dəyib və o, huşunu itirib.

Ağır kəllə-beyin travması alan Tələt Həsənov təcili olaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun əllərindən yüngül yanıq xəsarəti aldığı da bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024