Mobil versiya
Bərdədə 8 mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş tədbir keçirilmlşdir.
Tarix: 07-03-2016 | Saat: 22:47
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Tədbirdən öncə rayon qadınlarının bir qrupu ümummilli lider Heydər Əliyevin abidəsi önünüə tər gül-çiçək dəstələri qoyaraq dahi şəxsiyyətin ruhunu yad etmişlər. Rayon Mədəniyyət evində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət xanım Şadlinskaya rayon qadınlarını 8 mart –Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etmişdir. Tədbirdə rayon Qadınlar Şurasının sədri Rahilə xanım Babayeva, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, mərkəzi rayon xəstəxanasının terapevti Gülnarə Əliyeva, Bərdə şəhər 1 saylı Uşaq musiqi məktəbinin müəllimi Gülnur Namazova, rayon Polis şöbəsinin rəisi Hikmət Quliyev çıxış etmişlər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev geniş nitq söyləmişdir. Qeyd olunmuşdur ki, cəmiyyətin, sivil mədəniyyətin inkişafı məhz qadınlara verilən qiymətlə, onlara münasibətin forma və dərəcəsi ilə ölçülməklə bərabər, qadınların da cəmiyyətdə tutduqları mövqe ilə bağlıdır. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında alman sosialist qadını Klara Setkin təklifi ilə qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 Mart Dünya Qadınlar Günü qəbul edilmişdir. 1975-ci il Beynəlxalq Qadın ili olaraq qeyd edilmiş, 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 Mart Qadın hüquqları və Beynəlxalq Sülh Günü olaraq qəbul edilmişdir. Azərbaycann qadına münasibət milli mənəvi dəyərlərimizin əsasıdır. Azərbaycan qadını öz ağlı və mərdliyi, saflığı və sədaqəti ilə tarixən milli mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır və bu gün də belədir. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə dövlət qadın siyasəti daha da möhkəmlənmişdir. 1995-ci ildə qəbul edilmiş müstəqil respublikamızın ilk Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən maddə və bəndlərin təsbiti xalqımızın ümummilli lideri Heydər Əliyevin qadın hüquqlarına diqqət və qayğısını təzahür etdirir. Məhz ümummilli liderimiz Heydər Əliyev qadın əməyi, qadın fəaliyyəti, onların cəmiyyətdə, ictimai və dövlət işlərində önə çəkilməsinə daim çox böyük qayğı ilə yanaşmış, respublika qadınlarının ilk milli Qurultayının keçirilməsinə birbaşa rəhbərlik etmişdir. Məhz ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə Azərbaycan BMT-nin “Qadınlara qarşı hər cür ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulmuşdur. Ümummilli liderimiz Heydər Əliyev 2000-ci il 6 mart tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı ölkəmizdə qadın siyasətinin gerçəkləşməsinə xidmət eetmiş, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətləri tərəfindən ən yaxşı sənəd kimi qəbul olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasətiun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qadın siyasətinin möhkəm təminatçısıdır. Respublika qadınlarının ikinci qurultayının keçirilməsi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Milli Fəaliyyət Planında “Qaçqın və məcburi köçkün qadınlar”, “Qadın və məşğulluq” və digər mühüm məsələlərin həlli, 2006-cı ildə parlamentdə “Gender bərabərliyi haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi ölkəmizdə dövlət qadın siyasətinin möhkəmləndirilməsi üçün mühüm addımlardır . Bu gün Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib., ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmmnunluq hissi
doğurur.” Bu ölkə rəhbərinin Azərbaycan qadınlarının əməyinə verdiyi yüksək qiymətdir. Bu gün Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar. Bu gün dünyada bütün Azərbaycan qadınlarının ən gözəl təmsilçisi Azərbaycanın birinci xanımı, H.Əliyev Fondunun Prezidenri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva fəaliyyəti ilə dünya siyasi arenasında yüksək nüfuz qazanmışdır. Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədi layiqincə yerinə yetirən onun vitse –prezidenti, Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva fərqli mədəniyyətlər arasında dialoqun qurulmasında, dövlətimizin uğurlu daxili və xarici siyasətinin təbliğində, “Xocalıya ədalət” kimi vacib kompaniyanı həyata keçirməklə mühüm xidmətlərin müəllifi kimi çıxış edir. Bütün bunlar müasir Azərbaycan qadınının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onu ölkənin, cəmiyyətin inkişafında nə dərəcədə mühüm rol oynadığını və bu istiqamətdə verdiyi töhfələrin böyük əhəmiyyətə malik olduğunu bariz şəkildə nümayiş etdirir. Bərdə rayonunun sosial-iqtisadi inkişafında rayonun qadınlarının əməyi çox böyükdür. Rayonda təhsil sahəsində çalışan işçilərin 2663 nəfəri, mədəniyyət sahəsində çalışanların 1200 nəfəri, səhiyyə sahəsində çalışanların 1320 nəfərdən çoxu qadındır. Rayonun iqtisadiyyatının bütün sahələrində qadınlar təmisil edilmişdir. Çıxış edənlərin hər biri rayonun sürətli inkişafında qadınların xüsusi rolunu qeyd etmiş, 8 mart –Beynəlxalq Qadınlar günü münasibəti ilə qadınları təbrik etmişlər. Tədbirdə yeni üzv qəbul edilmiş bir qrup qadına üzvülük vəsiqələri təqdim edilmiş, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasın Bərdə rayon təşkilatının fəxri fərmanları verilmiş, bir qrup qadın qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Tədbirin sonunda rayonun mədəniyyət işçiləri iştirakçılar qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024