Mobil versiya
"Türkiyəni yox etməliyik"
Tarix: 07-03-2016 | Saat: 12:36
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər



Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Türkiyəni növbəti dəfə açıq təhdid edib.

Aia.az publika.az-a istinadən bildirir ki, rus siyasətçi Vladimir Jirinovski "Rossiya 1" telekanalında qonağı olduğu proqramda Türkiyəni təhdid edən açıqlamalar verib.

Vladimir Jirinovskinin Türkiyəyə əleyhinə açıqlamaları aparıcını belə təəccübləndirib: Jirnovski deyib ki, Rusiya Türkiyəni yer üzündən silməlidir: "Türkiyəni yox etməliyik. Türkiyə tez bir zamanda bombalanmalı və işğal edilməlidir. Rusiyanın dəstəyi ilə erməni və kürdlər şərqdən, bolqar və yunanlar isə qərbdən Türkiyəyə girməlidir. Bunun üçün biz heç nədən qorxmamalıyıq. Türkiyəni yox etməliyik".

Xatırladaq ki, Türkiyənin aparıcı media orqanları Jirnovskini bu açıqlamalarına görə "axmaq", "səfeh", "faşist" və "kloun" adlandırıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024