Mobil versiya
İdarə müdirinin qazdığı quyular iki azyaşlı uşağın ölümünə səbəb olub - Ağcabədidə
Tarix: 07-03-2016 | Saat: 12:30
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



Ağcabədi rayon 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynova məxsus karyerdəki quyulara düşən iki azyaşlı uşaq həyatını itirib. Uşaqların ölüm faktının Vidadi Hüseynov tərəfindən ört-basdır etdiyi iddia olunur.

Yaxınlıqda yaşayan əhali qanunsuz fəaliyyət göstərən karyerin ya bağlanmasını, ya da təhlükəsizlik qaydalarına uyğun olaraq karyerin ətrafının çəpərlənməsini tələb etsə də onlarınhaqqlı tələblərinə məhəl qoyan yoxdur.

Ağcabədi rayonunda yrləşən Qarqar karyerində iki az yaşlı uşaq həyatını itirib. Bu barədə AzMedia.info saytının elektron ünvanına yollanılan məktubda bildirilir ki, uşaqların ölümünə səbəb Ağcabədi rayon 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynovunqanunsuz biznes fəaliyyəti səbəb olub.

Məktubda bildirilir ki, 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov Qarqarçayın Yuxarı Qiyaməddinli-Muğanlı yolu hissəsində qanunsuz karyer açıb. Dövlət qeydiyyatı olmayan həmin karyerdən idarə müdiri 24 saat ərzində qum və çınqıl çıxararaq satır. Qazıntılar zamanı əmələ gələn böyük çalalara Qarqarçayın suyu dolur və ərazidə çoxlu sayda dərin gölməçələr əmələ gəlib.

Məlumatda bildirilir ki, ötən il Yuxarı Qiyaməddinli kəndindən olan və karyerin yaxınlığında yaşayan iki azyaşlı uşaq həmin gölməçələrin birinə düşərək boğulublar. Hadisə ilə əlaqədar olaraq cinayət işi açılsa da, sonradan Vidadi Hüseynovun «səyləri nəticəsində» istitaq işi bağlanılıb. Hadisə baş verəndən sonra Yuxarı Qiyaməddinli kəndinin sakinləri qanunsuz fəaliyyət göstərən karyerin bağlanmasını tələb etsələr də, onların tələbləri yerinə yetirilməyib. Qanunsuz işləyən karyerin bağlanması bir yana, Vidadi Hüseynov təhlükəsizlik məqsədi ilə karyerin ətrafının çəpərələnməsi ilə bağlı da heç bir iş görməyib.

Şikayət məktubunda bildirilir ki, hər ay vergi orqanları Vidadi Hüseynovdan rüşvət alaraq karyerin qanunsuz fəaliyyətinə göz yumurlar. Əhali isə karyerin ya bağlanmasını, ya da təhlükəsizlik qaydalarına uyğun olaraq karyerin ətrafının çəpərlənməsini tələb edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (azmedia.info)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024