Mobil versiya
“Jurnalistlər istənilən şəxs barədə yazmaqda azaddır“ - Nazir
Tarix: 10-07-2015 | Saat: 14:11
Bölmə:Təhsil / Aia TV / Karusel | çapa göndər



Bu gün müharibə şəaritində yaşayan Azərbaycan mətbuatı çox həssas olmalıdır

Media heç bir vəziyyətdə düşmənin dəyirmanına su tökməməlidir, ucuz sensasiya yaratmamalıdır. Mən demirəm ki, mətbuat tənqid etməməlidir. Lakin ən yüksək amil Azərbaycanın ərazi bütövlüyü və gələcəyi olmalıdır.

Aia.az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən konfransda deyib.

Nazir 140 il əvvəl çap olunuş “Əkinçi” qəzeti ilə bağlı fikirlərini bölüşüb: “O zaman "Əkinçi" qəzeti təsis olunmasaydı, bir sıra tarixi hadisələrin gerçəkləşməsi mümkün olmayacaqdı. Cəmi 2 il yaşamış bu qəzet Azərbaycan milli təfəkkürünün irəli aparılmasında böyük rol oynayıb. Bu qəzet mətbuatın inkişafına və gələcəyinə, o zaman çətin dövr yaşayan Azərbaycanın taleyinə böyük təsir göstərib. Jurnalistika indi də mənəvi dəyərlərinə sadiq qalaraq cəmiyyətə xidmət edir”.

Ə.Qarayev dünyada Azərbaycana qarşı aparılan əks təbliğat məsələsinə də toxunub: “Dünyada ikili standartlar yenə də mövcuddur. Azərbaycanda guya demokratiyanın olmaması, problemlərin olduğunu bəyan edən xarici KİV-lər öz problemlərini görmək iqtidarında deyillər. Amma Azərbaycanda ən kiçik problemi böyüdüb qabardırlar".

Nazir bildirib ki, Azərbaycanda mövcud media məkanı tamamilə sərbəst və açıqdır və internetə rahat daxil olub istənilən məlumatı əldə etmək mümkündür. Ə.Qarayev mətbuatın istənilən şəxs barədə barədə istənilən mövzuda yazmaq azadlığının olduğunu vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024