Mobil versiya
Prezidenti qəzaya uğrayıb
Tarix: 05-03-2016 | Saat: 12:13
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Aia.az-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, prezident Anjey Dudanın maşını yoldan çıxaraq xəndəyə düşüb.
İnsident ölkənin cənubundakı iri avtomagistralda baş verib. İlkin ehtimala görə, qəzaya səbəb maşının təkərlərindən birinin boşalması olub. Hadisə o, iqamətgahına gedərkən baş verib. Sürücünün səriştəliyi sayəsində ağır nəticədən qaçmaq mümkün olub.

Qəza nəticəsində BMW markalı maşında olanlardan heç kim xəsarət almayıb. Dövlət başçısı özü TVN24 kanalına açıqlamasında deyib ki, maşın sürüşüb və yolun kənarına çıxıb. "Heç kim xəsarət almayıb. Bu, təhlükəsiz maşındır, dəfələrlə yoxlanılıb. Nəzəri cəhətdən belə bir hadisə olmamalı idi, amma baş verdi".

Polşa daxili işlər naziri prezidentin BMW-nin müntəzəm olaraq yoxlanıldığını deyib. Onun sözlərinə görə, maşın bir neçə ildir ki, istifadə edilir. Təkərləri isə, demək olar ki, lap yeni olub. Polis indi hadisənin səbəblərini dəqiqləşdirməyə çalışır.

A.Duda Polşa prezidenti vəzifələrini ötən ilin avqust ayından icra etməyə başlayıb.

Bu Polşa prezidentinin maşınla bağlı yaşadığı ilk talesiz hadisə deyil. Belə ki, dekabr ayında Anjey Duda gözlənilməz halla qarşılaşıb. Polis qadağan olunmuş yerdə park etdiyi üçün prezidentin avtomobilinin təkərini bloklayıb.

Yalnız Polşa prezidentinin 100 zlot (təxminən 25 dollar, 26 AZN ) məbləğində cəriməni ödəməsindən sonra polis avtomobilin təkərindən bloku götürüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024