Mobil versiya
Bakı qatı dumana bürünüb
Tarix: 05-03-2016 | Saat: 11:32
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər




Bu gün səhər saatlarından Bakı şəhərində güclü duman var.

Aia.az qafqazinfo-ya istinadən bildirir ki, xüsusilə Əhmədli, Yeni Günəşli istiqamətində sıx duman müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir. Trend xəbər verir ki, məlumata əsasən, duman hava limanının işinə təsir etməyib. "Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə hava limanında bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024